Əsas Səhifə > Güney Press > Beynəlxalq silahlı qruplaşma yaradılıb Ukraynaya yeridilsin
Beynəlxalq silahlı qruplaşma yaradılıb Ukraynaya yeridilsinBu gün, 07:39 |
|
Niderland hökuməti yanında Beynəlxalq Məsələlər üzrə Məşvərət Şurası (AIV) Avropa hakimiyyətini atəşkəs əldə olunduqdan sonra Ukraynaya beynəlxalq hərbi kontingent yeritməyə çağırıb. Publika.az xəbər verir ki, bu barədə şuranın rəyində deyilir. "Ukraynanın təhlükəsizlik zəmanətləri neytral monitorinq missiyasının deyil, qarşısının alınmasına və müdafiəyə kömək edə biləcək hərbi kontingentin yerləşdirilməsindən ibarət olmalıdır", - deyə məlumatda qeyd olunur. Sənədin müəllifləri təkcə müşahidə missiyası deyil, həm də dərhal reaksiya vermək və güc tətbiq etmək səlahiyyəti ilə Ukraynanı qorumaq üçün tamhüquqlu döyüş qüvvəsi olacaq beynəlxalq qruplaşma yaratmağı təklif edirlər. Geri qayıt |