Əsas Səhifə > Güney Press > Erməni generallar barədə fərmanlar verildi
Erməni generallar barədə fərmanlar verildiBu gün, 17:00 |
|
Ermənistan Silahlı Qüvvələrində kadr dəyişiklikləri, yeni təyinatlar və vəzifədən azad edilmələr həyata keçirilib. Fərmanlara əsasən: - General-mayor Armen Gözəlyan Xüsusi Ordu Korpusunun komandiri vəzifəsindən azad edilib. - Daha əvvəl 2-ci Ordu Korpusunun komandiri olmuş general-mayor Qaregin Poqosyan Xüsusi Ordu Korpusunun yeni komandiri təyin olunub. - 3-cü Ordu Korpusunun komandiri vəzifəsindən azad edilən general-mayor Simon Nazaryan 2-ci Ordu Korpusunun komandiri təyin edilib. - Levon Davidyan Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsindən azad olunub. - Hamlet Levonyan Ermənistan Müdafiə Nazirliyinin Silahlanma və Texniki Təminat İdarəsinin rəisi vəzifəsindən azad olunub. - General-mayor Armen Gözəlyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəis müavini təyin olunub. Beləliklə, Ermənistan ordusunda bir neçə yüksək vəzifəli hərbçinin yeri dəyişdirilib və bəzi rəhbər şəxslər tutduqları vəzifələrdən uzaqlaşdırılıblar. Prezidentin fərmanlarında kadr dəyişikliklərinin Baş nazirin təqdimatı əsasında həyata keçirldiyi qeyd olunub. Geri qayıt |