Əsas Səhifə > Güney Press > İsrail Müctəba Xameneini ölümə məhkum edib
İsrail Müctəba Xameneini ölümə məhkum edibBu gün, 11:59 |
|
İranın BMT-dəki daimi nümayəndəsi Əmir-Səid İrəvani İsrailin müdafiə naziri İsrael Katsın İranın ali lideri Müctəba Xameneinin ölümə məhkum olunduğu barədə bəyanatları ilə əlaqədar BMT-nin baş katibinə etiraz məktubu göndərib. İrəvani İsrailin müdafiə nazirinin təhdidini İran hökumət rəsmilərinə qarşı yönəlmiş “dövlət terrorizminin qəsdən və sistemli siyasətinin bir hissəsi” kimi qiymətləndirib. O, “İsrail rejiminin İrana qarşı qanunsuz təcavüz aktları, o cümlədən ABŞ-ın iştirakı, koordinasiyası və dəstəyi ilə həyata keçirilmiş İran lideri Ayətullah Əli Xameneinin və digər yüksək vəzifəli siyasi və hərbi şəxslərin qətlə yetirilməsi” barədə danışıb. İrəvani əlavə edib ki, BMT Təhlükəsizlik Şurası İsrailin cəzasız fəaliyyət göstərməsinə imkan verib və Tehran istənilən düşmənçilik hərəkətinə cavab verəcək. “Təəssüf ki, Təhlükəsizlik Şurasının BMT Nizamnaməsi üzrə öhdəliklərini yerinə yetirə bilməməsi cəzasızlıq mühitini daha da gücləndirib və İsrail rejimini dövlət terrorizmini normallaşdırmaqda daha da cəsarətləndirib. Bu isə çox təhlükəli presedent yaradır və beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid təşkil edir”, – deyə o vurğulayıb. Geri qayıt |