Əsas Səhifə > Güney Press > “TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs
“TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbsBu gün, 17:41 |
|
“TikTok”da başqasına aid şəkilləri ələ keçirərək saxta hesab vasitəsilə hədə-qorxu ilə pul tələb edən şəxs cinayət məsuliyyətinə cəlb olunub. Xitab24.az-ın əldə etdiyi məlumata görə, bu işdə 1993-cü il təvəllüdlü Qənimət Göyüşov (ad-soyad şərtidir) təqsirləndirilib. Məlum olub ki, Qənimət qadına məxsus fotoları sosial şəbəkədən əldə edərək, saxta hesab yaradıb. O, yaratdığı saxta hesaba seks işçisi görüntüsü verib və pul qarşılığında münasibət təklif edib. Maraqlıdır ki, Qənimət Göyüşov zərərçəkmişi “TikTok”da canlı yayımda hədələyib. O, qarşı tərəfdən qiyməti 54 dollar (92 AZN) olan hədiyyə jeton istəyib. Əks halda onu rüsvay etməklə hədələyib. Məhkəmənin hökmünə əsasən, Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Geri qayıt |