Əsas Səhifə > Güney Press > Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklərBu gün, 14:23 |
|
Bu gündən Azərbaycanda bir sıra dəyişikliklər tətbiq olunacaq. Dəyişikliklər nəqliyyat, sosial təminat, energetika və hərbi xidmət sahələrini əhatə edir. Belə ki, bu gündən "BakıKart" kartının satış qiyməti 2 manatdan 3 manata yüksəlir. Eyni zamanda, gücü 25-60 Vt olan közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir. Həmçinin qadınların pensiya yaşı da artırılır. Belə ki, pensiya yaşı 64 il 6 aydan 65 yaşa yüksəlir. Bundan başqa, Bakı-Balakən qatarının vaxtı dəyişir. Yeni qrafikə əsasən, qatar Bakından saat 23:30-da, Balakəndən isə saat 21:10-da yola düşəcək. İyulun 1-dən 30-dək hərbi xidmətə növbəti çağırış və ehtiyata buraxılma prosesi həyata keçiriləcək. Geri qayıt |