Əsas Səhifə > Güney Press > BP BTC-nin operatorluğunu ötürür

BP BTC-nin operatorluğunu ötürür


Bu gün, 12:33

Bakı-Tbilisi-Ceyhan Şirkəti (BTC Co) bu gün elan edib ki, 1 iyul 2026-cı il tarixindən Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft boru kəmərinin operatorluğu "BP Exploration (Caspian Sea) Limited" (bp) şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan "SOCAR Midstream Operations" MMC-yə (SMO) keçir.

Operatorluğun ötürülməsi BTC boru kəmərinin hər üç - Azərbaycan, Gürcüstan və Türkiyə - hissəsini əhatə edir. Bundan əlavə, BTC boru kəməri ilə bağlı bütün fəaliyyətlərin idarə edilməsi, habelə həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə əlaqədar hazırda bp tərəfindən icra olunan ümumi fəaliyyətlərin operatorluğu da SMO şirkətinə keçir.


Geri qayıt