Əsas Səhifə > Güney Press > İrəvanda Rusiya vətəndaşını döydülər
İrəvanda Rusiya vətəndaşını döydülərBu gün, 12:14 |
|
Ermənistanın paytaxtı İrəvanın mərkəzində üç yeniyetmənin Rusiya vətəndaşına hücum edərək onu döyməsi və pulunu oğurlaması ilə bağlı hadisə baş verib. Modern.az erməni KİV-lərə istinadən xəbər verir ki, hadisə iyunun 28-də saat 03:30 radələrində Şimal prospektində yerləşən “Parma” supermarketinin yaxınlığında qeydə alınıb. "Shamshyan.com" saytının məlumatına əsasən, hadisə yerinə gələn polisə 39 yaşlı Mark Slaviç bildirib ki, “Qu quşu gölü” ərazisi yaxınlığında üç yeniyetmə ona hücum edib. Onlar onu döyərək yerə yıxıb və şalvarının cibindən 63 min dram pul götürərək hadisə yerindən qaçıblar. Hadisə ilə bağlı iki şübhəli artıq saxlanılıb, üçüncü şəxsin isə axtarışları davam etdirilir. Geri qayıt |