Əsas Səhifə > Güney Press > Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib

Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib


Bu gün, 10:40

Rusiyanın Penza şəhəri iyulun 1-i səhər saatlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb, müəssisədə güclü yanğın başlayıb.

Bu barədə UNIAN zərbənin görüntülərini yayan “Exilenova+” Telegram kanalına istinadən məlumat yayıb.


Məlumata görə, hücumun hədəflərindən biri "Fiziki Ölçmələr Elmi-Tədqiqat İnstitutu" ASC olub. Müəssisənin ərazisində yanğın baş verdiyi bildirilir.

Qeyd olunur ki, institut təyyarə və helikopterlərin mühərrikləri, eləcə də hidropnevmatik sistemləri üçün artıq və mütləq təzyiq, xətti və bucaq yerdəyişməsini ölçən sensorların hazırlanması ilə məşğuldur.

Bundan başqa, müəssisənin istehsal etdiyi məhsulların "Bulava", "Topol-M", "Sineva" qitələrarası ballistik raketləri və "İsgəndər" operativ-taktiki raket kompleksləri də daxil olmaqla, müxtəlif silah və hərbi texnika nümunələrində istifadə olunduğu bildirilir.

Məlumatda institutun Rusiyanın "Roskosmos" Dövlət Korporasiyasının tərkibinə daxil olduğu qeyd edilir.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna hqüvvələrinin Ufadakı neft emalı zavoduna, habelə Penza bölgəsindəki Rusiya hərbi-sənaye kompleksinin obyektinə yenidən zərbə endirdiyini bildirib.


Geri qayıt