Əsas Səhifə > Güney Press > Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?Bu gün, 18:07 |
|
“Fransa hakimiyyəti Ukraynaya verilən silahların məqsədini vətəndaşlarına izah etməyib”. Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Diplomat qeyd edib ki, Paris və Kiyev arasında imzalanmış müqaviləyə əsasında Fransadan Ukraynaya “Mirage” qırıcı təyyarələri, hava bombaları, zenit və artilleriya sistemləri tədarük olunur. “Paris və (Ukrayna Prezidenti Volodimir) Zelenski öz vətəndaşlarına, yəni Fransa xalqına bunun kimə qarşı istifadə ediləcəyini açıq şəkildə izah etmədən birgə silah istehsalı haqda müqavilə imzalayıb”, - Zaxarova bildirib. Fransa Prezidenti Emmanuel Makron bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyində dəyişiklik olduğunu açıqlamışdı. O, bunun G7 sammitindən sonra baş verdiyini söyləmişdi. Fransa liderinin sözlərinə görə, Tramp artıq Ukraynanın Rusiya ilə müharibədə uduzduğuna inanmır. Geri qayıt |