Əsas Səhifə > Güney Press > “Ermənistanı hinduşka kimi böləcəklər...”
“Ermənistanı hinduşka kimi böləcəklər...”Bu gün, 14:59 |
|
Ermənistanda revanşist dairələrin nümayəndələri ölkənin gələcəyi ilə bağlı növbəti bədbin proqnozlar səsləndiriblər. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə revanşist politoloq Artur Xaçikyan bildirib. Erməni politoloqun fikrincə, İsrailin qondarma "erməni soyqırımı"nı tanıması Ermənistanın maraqları ilə yox, Təl-Əviv və Ankara arasında münasibətlərin kəskinləşməsi ilə bağlıdır. Onun sözlərinə görə, ermənilər bu qərarı öz diplomatik uğurları kimi qiymətləndirməməlidirlər. Xaçikyana görə, Yaxın Şərq və Cənubi Qafqazda maraqları toqquşan böyük dövlətlər gələcəkdə Ermənistanın taleyini onun iştirakı olmadan həll edə bilər. O iddia edib ki, növbəti geosiyasi qarşıdurmanın əsas mərkəzlərindən biri Mehri olacaq. Erməni politoloqun fikrincə, burada bir tərəfdən Türkiyə, Azərbaycan, İsrail və ABŞ, digər tərəfdən isə Rusiya və İranın maraqları toqquşacaq. Xaçikyan hesab edir ki, Ermənistana Mehri dəhlizinin açılması ilə bağlı təzyiqlər daha da güclənəcək. O bildirib ki, bu layihə müxtəlif dövlətlər tərəfindən İranı şimaldan təcrid etmək, Türkiyə ilə Azərbaycan arasında quru əlaqəsini təmin etmək və Rusiyanın cənub kommunikasiyalarını zəiflətmək məqsədi daşıyır. Xaçikyan, həmçinin Türkiyə ilə İsrail arasında Cənubi Qafqazın təsir dairələrinin bölüşdürülməsi barədə razılaşmanın mümkünlüyünü də istisna etməyib. Məqalənin sonunda isə istehzalı şəkildə Ermənistanı Şükran Günü süfrəsində hissələrə bölünən hinduşkaya bənzədərək onun taleyinin yenə də kənar güclər tərəfindən müəyyən ediləcəyini söyləyib. Geri qayıt |