Əsas Səhifə > Güney Press > Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq

Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq


Bu gün, 13:00

Ermənistan Konstitusiya Məhkəməsi 7 iyun parlament seçkilərinin nəticələrinə etiraz edən yeddi müxalif siyasi qüvvənin iddiası ilə bağlı qərarını iyulun 4-dək açıqlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan jurnalistlərə bildirib.

Dilanyan Konstitusiya Məhkəməsinin məsələ üzərində beş gündür intensiv işlədiyini və işi iyulun 4-dək başa çatdıracağını deyib.

İyunun 26-da Ermənistanın Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinə etiraz edən yeddi müxalif siyasi qüvvənin ərizələrinə baxmağa başlayıb. İşlər vahid icraatda birləşdirilib, birlikdə baxılır.

Ərizə təqdim edənlər arasında rusiyalı oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” və keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokları, eləcə də Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası var.

İddiaçılar Konstitusiya Məhkəməsindən ya seçkilərin nəticələrini ləğv edib yenisini təyin etməsini, ya da ikinci səsvermə turunun keçirilməsini tələb edirlər.


Geri qayıt