Əsas Səhifə > Güney Press > “Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıbBu gün, 11:53 |
|
“Kaspian Speşialist Servises” QSC-nin xalis mənfəəti ötən illə müqayisədə təxminən 31% azalaraq 1 milyon 173 min manatdan 894 557 manata düşüb. Banker.az bu barədə şirkətin 31 dekabr 2025-ci il tarixinə olan illik konsolidə edilmiş hesabatına istinadən xəbər verir. “Kaspian Speşialist Servises” QSC-nin satışdan gəlirləri 2024-cü ildəki 3 milyon 357 min manat səviyyəsindən 2025-ci ildə 2 milyon 740 min manata qədər geriləyib. (18.4% azalma) Bununla paralel olaraq, əməliyyat mənfəəti də 1 milyon 466 min manatdan 1 milyon 107 min manata enib. Hesabat dövründə şirkətin cəmi aktivləri illik müqayisədə artaraq 8 milyon 818 min manatdan 9 milyon 738 min manata, cəmi kapitalı 7 milyon 866 min manatdan 8 milyon 171 min manata yüksəlib. Nizamnamə kapitalı dəyişməz qalaraq 2 000 manat təşkil edib. Geri qayıt |