Əsas Səhifə > Güney Press > “XAN”
“XAN”Bu gün, 10:20 |
|
“Göygöl Şərab Zavodu” ASC 2024-cü ildəki 588 803 manatlıq xalis zərərdən sonra 2025-ci ilin hesabat dövrünü 312 290 manat xalis mənfəət ilə başa vurub. Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir. Ötən il “Göygöl Şərab Zavodu” ASC-nin əsas əməliyyat gəlirləri illik müqayisədə təxminən 35% (və ya 6.85 milyon manatdan çox) artaraq 19 milyon 697 min manatdan 26 milyon 543 min manata yüksəlib. Müəssisənin cəmi aktivləri bir il ərzində 72 milyon 139 min manatdan 77 milyon 305 min manata qədər artıb. Aktivlərin böyüməsi ilə paralel olaraq şirkətin cəmi öhdəlikləri də artıb və 31 milyon 29 min manatdan 35 milyon 883 min manata çatıb. Hesabat dövründə şirkətin cəmi kapitalı az da olsa artaraq 41 milyon 110 min manatdan 41 milyon 422 min manata yüksəlib; bunun əsas səbəbi keçmiş illərin yığılmış bölüşdürülməmiş zərərinin 14 milyon 352 min manatdan 14 milyon 40 min manata qədər geriləməsidir. Xatırladaq ki, “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim şərab, konyak, şampan və araq istehsal edən müəssisəsidir. Zavod əsasən “Xan”, “Göygöl”, “Karabakh” markaları ilə şərablar istehsal edir. Geri qayıt |