Əsas Səhifə > Güney Press > Həmişəki Yaponiyadır...

Həmişəki Yaponiyadır...


Bu gün, 06:53

Sosial şəbəkədəki rəy lentinə baxıram, məndən başqa hamı Yaponiyanın güclü komanda olduğunu deyibmiş. Bircə mənəm çatdırmayan.
Həmişəki Yaponiyadır. Həmişə Yaponiya qrupdan çıxır, ilk pley-off matçındaca məğlub olub yarışdan çəkilir. Həmişə belə olub, indi də belə oldu.
Bəli, yaxşı oyunçuları var, təhlükəlidirlər, qiymətləndirməmək olmaz. Bəli, çevikdirlər, çalışqandırlar, meydandakı həm taktiki intizamlı, həm də döyüşkəndirlər. Amma həmişə belə olublar. Qeyri-adi dəyişiklik yoxdur, belə də olacaqlar.
Futbolun ruhu, mentaliteti faktoru var.
Oyunboyu müdafiədə oturub, maksimum 1 qola ümid etmək olar, onu da etdilər. Turu isə Braziliya keçməli idi, keçdi də. Pentakampeonlar daha güclüdürlər, daha yaxşı heyətə malikdirlər, daha yaxşı, daha baxımlı futbol oynayırlar, haqqına da qalib gəldilər. Daha uzağa da gedə bilərlər.
Bir də Vinisius. Şəxsiyyət olaraq sıfır olsa da, futbolçu kimi meqa bir şeydir. Fantastik futbolçudur.
Müəllif: Kənan Məstəliyev - "DİA-AZ"

Geri qayıt