|
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın enerji infrastrukturuna hücumlarının yaratdığı problemləri və bəzi yanacaq çatışmazlıqlarını etiraf edib. Yeniavaz.com xəbər verir ki, o bu barədə Rusiya dövlət televiziyasının jurnalisti Pavel Zarubinlə müsahibəsi zamanı danışıb. Lakin Rusiya lideri çatışmazlıqların “kritik” olmadığını da qeyd edib. Qeyd edək ki, son bir neçə gün ərzində Ukrayna müdafiə qüvvələri Rusiya ərazisində və ilhaq edilmiş Krımda neft emalı zavodlarına, neft terminallarına və nəqliyyat marşrutlarına intensiv hücumlar həyata keçirib. Rusiyanın bəzi bölgələrində benzin və dizel yanacağının satışı məhdudlaşdırılıb, həmçinin Krımda ciddi çatışmazlıqlar meydana gəlib.
Geri qayıt
|