Əsas Səhifə > Güney Press > Taliban Əfqanıstanı zülmətə bürüyür...

Taliban Əfqanıstanı zülmətə bürüyür...


Bu gün, 06:30

Talibanın qadınlar üçün daha sərt geyim qaydalarını məcburi etməsi Əfqanıstanın üçüncü böyük şəhəri Heratda dərin qorxu və təşviş yaradıb. Talibanın "əxlaq polisi" iyun fərmanını bəhanə gətirərək Heratda qadınları kütləvi şəkildə saxlayır və ictimai yerlərdə amansızcasına döyür.
Yeni sərəncam qadınların radikal qruplaşmanın "müvafiq hicab" saydığı geyim olmadan küçəyə çıxmasını qəti qadağan edir. Fərmana görə, bu tələbi pozan, üzünü örtməyən və ya makiyaj edən hər bir qadın sərt cəzalandırılacaq.
Təqiblərdən qorxduğu üçün adını gizli saxlayan Herat sakini AzadlıqRadiosuna deyib: "Əvvəl də hicablı idik. İndi isə Taliban bizdən həm də maska taxmağı, üzümüzü bütünlüklə örtməyi tələb edir".

Geri qayıt