Əsas Səhifə > Güney Press, Reklam > Azercell-in əməkdaşı Azərbaycanda ilk dəfə olaraq Proqram Təminatının Memarlığı üzrə beynəlxalq Oracle sertifikatı alıb

Azercell-in əməkdaşı Azərbaycanda ilk dəfə olaraq Proqram Təminatının Memarlığı üzrə beynəlxalq Oracle sertifikatı alıb


25-06-2014, 18:17
Azercell-in əməkdaşı Azərbaycanda ilk dəfə olaraq Proqram Təminatının Memarlığı üzrə beynəlxalq Oracle sertifikatı alıb
Azərbaycan mobil rabitə bazarının lideri Azercell Telekom uzun illərdir ki, ölkəmizdə beynəlxalq səviyyəli peşəkar kadrların yetişməsinə şərait yaradıb. Azercell-də çalışan gənclər müxtəlif sahələrdə beynəlxalq səviyyədə öz peşəkar fəaliyyətinə, ölkələrinə gətirdikləri yeniliklərə görə tanınır. Bu sahədə şirkətin növbəti müvəffəqiyyəti isə İnformasiya Kommunikasiya departamentinin əməkdaşı Vüsal Xəlilovun Azərbaycanda ilk dəfə olaraq Proqram Təminatının Memarlığı üzrə Oracle sertifikatının əldə etməsi oldu. Vüsal Xəlilov Oracle-in Java Enterprise Edition texnologiyası üzrə ən yüksək səviyyəli «Oracle Certified Master» (OCM) sertifikatına layiq görülüb. Azərbaycandan indiyə qədər Oracle bazası üzrə OCM statusu olan mütəxəssislər olsa da, Java proqram təminatı üzrə Vüsal Xəlilovun əldə etdiyi sertifikat ölkəmizdə ilkdir. Vüsal çox yüksək sayılan 92% göstərici ilə bu sertifikata layiq görülüb. Məlumat üçün bildirək ki, Oracle şirkəti öz məhsulları üzrə (Oracle Verilənlər Bazası, Java, Solaris və s.) sertifikatları daha geniş spekterli proqram tərtibatı ilə məşğul olan, nəhəng sistemlərin arxitekturasının qurulması üçün lazımi bilikləri olan şəxslərə göstərdikləri imtahan nəticələrinə və fəaliyyətlərinə əsasən təqdim edir.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Vüsal Xəlilov Bakı Dövlət Universitetinin İnformatika ixtisası üzrə magistr dərəcəsinə malikdir. Artıq 3 ildir ki, o, Azercell-də müştərilər üçün onlayn xidmətlərin inkişafı ilə bağlı layihələrin həyata keçirilməsi ilə məşğul olur.

Azercell Telekom bundan sonra da istər informasiya texnologiyaları, istər sahibkarlıq, istərsə də digər sahələrdə ölkəmizdə yüksək ixtisaslı kadrların yetişməsinə öz dəstəyini göstərməkdə davam edəcək.

Geri qayıt