Əsas Səhifə > Güney Press > Azərbaycan nefti 76 dollara ticarət olunur

Azərbaycan nefti 76 dollara ticarət olunur


Bu gün, 09:43

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,38% və ya 4,24 dollar ucuzlaşaraq 76,38 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 79,76 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Geri qayıt