Əsas Səhifə > Güney Press > İtinin itməsində ustanı günahlandırdı:
İtinin itməsində ustanı günahlandırdı:Bu gün, 09:21 |
|
Əməkdar artist Münəvvər Əliyevanın iti itib.
Moderator.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, canlı iyunun 23-də axşam saatlarında Maştağa qəsəbəsi yaxınlığında itib:
“"Əziz dostlar və tanışlar! Şəkildə gördüyünüz, uzun illərdir bəslədiyim və ailəmin bir üzvü kimi sevdiyim itim itib. Xahiş edirəm, bu elanı mümkün qədər çox paylaşın və ətrafınızdakı insanlara çatdırın. Onu sadəcə bir heyvan kimi deyil, övladım kimi sevirəm. Onsuz həyatımı təsəvvür etmək mənim üçün çox çətindir. Onun tapılması üçün bütün heyvansevərlərin dəstəyinə ehtiyacım var” deyə bildirib.
Moderator.az-a açıqlama verən aktrisa bildirib ki, iki gündür itini axtarır. Sənətçi itini görən şahidlərlə də söhbət edib:
“Çox balaca itdir. Evdə saxlayırdım. İki gün öncə bağa qaz ustası gəlmişdi. Mən Bilgəh yolunun üstündə qalıram. Onlara dönə-dönə tapşırdım ki, qapını açıq qoymayın, açsanız it çölə çıxacaq. O da götürüb qapını açıq qoyub. İt də çıxıb gedib. Kamera ilə də baxdım. İtdir də. Balaca uşaq da qanmır, qapını açıq qoysan o da çıxıb gedər. Dünən bir uşaq mənə dedi ki, bağ tərəfdə görünüb. Gedib onunla həmin həyətləri axtardım. Bir nəfər də zəng edib xəbər verib ki, Maştağada 1 manatlıq taksilər dayanan yerdə sürücülər öz aralarında oyuncağa oxşayan bir itin tapıldığını danışıblar, o da eşidib. İt həqiqətən də oyuncağa oxşayır, çox balacadır. Onu kim götürüb saxlayacaq?! Bu tərəflərdə inanmıram kimsə ayından 300 manat verib o iti saxlasın. İtə baxılmasa ölə bilər. Tükünü kəssələr keçəlləşəcək, xəstələnib öləcək. Kaprizli itlərdəndir. Axtarıram, tapa bilmirəm. Bir nəfər dəmirçi də dedi ki, Maştağadakı Psixiatriya xəstəxanasına gedən yolda görüb. Hələ ki, konkret bir ünvan yoxdur. 100 faiz iti yoldan kimsə götürüb”.
Aktrisa itini tapan şəxsə mükafat verəcəyini də bildirib.
Geri qayıt |