Əsas Səhifə > Güney Press > "Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıbBu gün, 09:14 |
|
Prezidentin İşlər İdarəsinin tabeliyində olan "Azərbaycan Nəşriyyatı" MMC 2025-ci ili 1,952 milyon manat zərərlə başa vurub. "Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 6 % çoxdur. Ötən il "Azərbaycan Nəşriyyatı"nın gəlirləri 5,288 milyon manat (əvvəlki ilə nisbətən 6,6 % az), xərcləri isə 7,24 milyon manat (3,55 % az) təşkil edib. Bu il yanvarın 1-nə "Azərbaycan Nəşriyyatı"nın aktivləri 29,222 milyon manat olub ki, bu da illik müqayisədə 6,1 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 8 % artaraq 823 min manata çatıb, balans kapitalı isə 6,4 % azalaraq 28,398 milyon manata düşüb. Xatırladaq ki, Nazirlər Kabineti 2022-ci ilin yanvarın 15-də "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, "Azərbaycan Nəşriyyatı"nın təşkilati-hüquqi forması dəyişdirilib, nəşriyyat kommersiya qurumuna çevrilib və 4,079 milyon manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Geri qayıt |