Əsas Səhifə > Güney Press > Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil

Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil


Bu gün, 17:10

Ermənistanda revanşist mövqeyi və Nikol Paşinyanın siyasətini tənqid edən çıxışları ilə tanınan politoloq Benyamin Matevosyan hesab edir ki, parlament seçkilərindən sonra İrəvanın xarici siyasətdə qarşılaşdığı problemlər daha da dərinləşə bilər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Matevosyan bu barədə öz məqaləsində yazıb.

Politoloq diqqəti Rusiyanın, Çinin və İranın Ermənistan seçkilərinin nəticələri ilə bağlı indiyədək rəsmi təbrik mesajı verməməsinə yönəldib. Onun fikrincə, bu vəziyyət sadəcə diplomatik protokol məsələsi deyil.

Matevosyan iddia edir ki, Moskva, Pekin və Tehran Ermənistanın son illərdə seçdiyi xarici siyasət kursuna ehtiyatla yanaşırlar və seçkilərin nəticələrini bu kontekstdə qiymətləndirirlər.
Müəllifin fikrincə, Ermənistan daxilində seçkilərin nəticələrinin bir sıra siyasi qüvvələr tərəfindən Konstitusiya Məhkəməsində mübahisələndirilməsi də ölkədəki siyasi gərginliyin davam etdiyini göstərir.

Erməni politoloq xüsusilə Rusiya-Ermənistan münasibətlərində yaranan problemlərə diqqət çəkib. O, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son açıqlamalarını xatırladaraq bildirib ki, Moskva Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma siyasətinə tənqidi yanaşır.

Matevosyan hesab edir ki, Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında seçim etmək məcburiyyətində qala biləcəyi barədə siqnallar güclənir.


Geri qayıt