Əsas Səhifə > Güney Press > 9 ildir aliment ödəməyən kişi

9 ildir aliment ödəməyən kişi


Bu gün, 15:18

Binəqədi rayonunda boşandıqdan sonra ona təyin edilmiş alimenti ödəməyən şəxs həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsi hökm çıxarıb.

Belə ki, 1986-cı il təvəllüdlü İlqar Atayevin (şərti ad-soyadlı) keçmiş həyat yoldaşı məhkəməyə müraciət edərək əri ilə 2017-ci ildə boşandığını və övladının onda qaldığını, buna görə aliment təyin edildiyini bildirib. O qeyd edib ki, keçmiş əri 9 il müddətində aliment ödəməkdən boyun qaçırıb və 10 min manatdan artıq borc formalaşıb.

Məsələ ilə bağlı məhkəmə qərar çıxarsa da və qadının keçmiş əri inzibati qaydada həbs edilsə də, irəliləyiş əldə olunmayıb. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 306-cı (Məhkəmə qərarına əməl edilməməsi) maddəsi ilə iş açılıb.

Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs taksi sürücüsü olduğunu, aylıq 700 manat gəlir əldə etdiyini deyib. Keçmiş arvadı isə İlqarın qazancının daha çox olduğunu və aliment ödəməkdən qəsdən imtina etdiyini bildirib.

Hökmə əsasən, 40 yaşlı kişiyə doqquz ay həbs cəzası verilib və o, məhkəmə zalında qandallanıb.


Geri qayıt