Əsas Səhifə > Güney Press > CERT göstərişlərinə əməl etməyən
CERT göstərişlərinə əməl etməyənBu gün, 11:00 |
|
Domeni “az” olan saytlar Milli CERT-in kibertəhlükəsizlik göstərişlərini yerinə yetirmədikdə onların domeninin ləğvi və ya fəaliyyətinin dayandırılması nəzərdə tutulur. "DİA-AZ" oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
İnformasiya infrastrukturu subyektinin müraciəti əsasında kibertəhlükəsizlik və proaktiv kibertəhlükəsizlik tədqiqatı üzrə xidmətlər Milli CERT tərəfindən ödənişli əsaslarla həyata keçirilir. Ödənişin məbləği tərəflər arasında bağlanılan müqavilə əsasında müəyyən edilir. Domen adı “az” (“gov.az” istisna olmaqla) ölkə kodlu yüksəksəviyyəli domen zonasında yerləşən internet informasiya ehtiyatlarının sahibləri tərəfindən Milli CERT-in kibertəhlükəsizliyin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması) ilə əlaqədar göstərişlərinin yerinə yetirilməməsi domen adının “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında olan qeydiyyatının xitamı, domen adına texniki xidmətin dayandırılması üçün əsasdır. Bu halda Milli CERT domen adının qeydiyyatını aparan orqandan domen adının qeydiyyatına xitam verilməsini, ona texniki xidmətin dayandırılmasını (o cümlədən məhkəmə qaydasında) tələb edə, maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərə münasibətdə isə həmin tədbirlərin görülməsi üçün Azərbaycan Mərkəzi Bankına müraciət edir. Geri qayıt |