Əsas Səhifə > Güney Press > Ermənistanda həbslər davam edir,

Ermənistanda həbslər davam edir,


Bu gün, 09:59

Ermənistanda həbslər davam edir.

APA xəbər verir ki, bu gün səhər "Ayakve" təşəbbüsünün koordinatoru Avetik Çalabyan saxlanılıb.


Ermənistan İstintaq Komitəsindən bildirilib ki, Çalabyan İstintaq Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində tutulub.

Onun saxlanması barədə əlavə məlumat verilməyib, rəsmi açıqlamanın daha sonra olacağı qeyd edilib.

Xatırladaq ki, "Ayakve" təşəbbüsü aprelin sonlarında Samvel Karapetyanın rəhbəri olduğu "Güclü Ermənistan" blokuna qoşulub.

Tərəflər mövcud hökuməti seçkilər yolu ilə dəyişmək, yeni hökumət yaratmaq üçün qüvvələri birləşdirmək barədə öhdəlik götürüblər.

Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı ildə keçirilib.

Hazırkı Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyası seçkilərdə qalib gəlib.

Həm seçkidən əvvəl, həm də sonra müxalifət düşərgəsindən xeyli şəxs saxlanılıb.


Geri qayıt