Əsas Səhifə > Güney Press > Rusiyanın Afrikada hədəfi nədir?
Rusiyanın Afrikada hədəfi nədir?Bu gün, 09:28 |
|
Rusiya sanksiyalardan yayınmaq, təbii sərvətləri talan etmək və Ukraynaya qarşı müharibə üçün muzdlu əsgərlər cəlb etmək üçün Afrika ölkələrindən istifadə edir. Axar.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak “KyivPost”a verdiyi müsahibədə bildirib. O qeyd edib ki, Afrikada 50-dən çox ölkə BMT üzvüdür ki, bu da Rusiya üçün əhəmiyyətli bir "səs bankı"dır: “Bununla Kreml beynəlxalq səhnədə sözdə müxalifət bloku və Rusiyanın nüfuzlu qlobal güc olaraq qalması illüziyası yarada, eləcə də sözdə "çoxqütblü dünya" hekayəsini təbliğ edə bilər. Bundan əlavə, Rusiya qiymətli təbii sərvətlərə: qızıl, brilyant, uran və neftə çıxış əldə edir. Xüsusilə, təcavüzkar ölkə ehtiyatlarla zəngin Sahel bölgəsində maraqlıdır”. Geri qayıt |