Əsas Səhifə > Güney Press > Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı?

Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı?


Bu gün, 12:26

“Yumurtanın ucuz satışı onun mütləq şəkildə xarab olması anlamına gəlmir”. Bu sözləri Yenicag.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib. 

Mütəxəssis bir neçə gündür bazarlarda 1 qəpiyə satılan yumurtaların ani bahalaşmasının mümkün səbəblərini izah edib:

“Bir çox hallarda qiymət alıcılar üçün keyfiyyət göstəricisi hesab olunur ki, əgər məhsul bahalıdırsa, keyfiyyətlidir, ucuzdursa, yaxşı məhsul deyil. Nəzərə almaq lazımdır ki, bəzən müxtəlif səbəblərdən məhsulları öz dəyərindən aşağı qiymətə də sata bilərlər. Əgər bazarda hər hansı məhsul zərərlə satılırsa, bu, müştəriləri cəlb etmək ya da anbarda son istifadə müddəti bitməsinə az qalan məhsulun zərərlə satışa çıxarılması mənasına gələ bilər. Hər bir halda, həmin məhsulların keyfiyyətini araşdırmaq lazımdır. Əgər məhsulun üstündə istehsal tarixi və son istifadə müddəti varsa, üzərində hər hansı qırıq, çat yoxdursa və ən əsası, dövlət nəzarətindən keçən yerdə satılırsa, bu halda məsuliyyət istər sahibkar tərəfindən, istər satıcı tərəfindən mütləq nəzarət edən orqana tərəf yönəldilir”.

M. Hüseynova khnə yumurtanı fərqləndirən xüsusiyyətləri sadalayıb:

“Əgər yumurtanın ağı həddindən artıq durudursa, sarısı tez dağılırsa, dadı və qoxusu dəyişirsə və ya yumurtanın üzərindəki qabıq zəifləyibsə, məhsulun köhnə olduğunu göstərir və mütləq şəkildə qırdıqdan sonra pis qoxu, rəng dəyişikliyi və ya ağ və sarının bir-birinə qarışıq şəklində olması və ya içində hər hansı möhtəviyyatın olması yumurtanın xarab olduğunu göstərir. Hər bir halda, markalanmada tarix və məlumatlar tələb olunur. Tarixi olmayan yumurta ilə və ya mənşəyi bəlli olmayan yerdən alınan yumurta ilə qarşılaşdıqda bu məhsul riskli məhsullar siyahısındadırsa, bunlara çox diqqət etmək lazımdır”.


Geri qayıt