Əsas Səhifə > Güney Press > Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub
Arif Hacılının ölkədən çıxışına qadağa qoyulubBu gün, 11:40 |
|
Müsavat Partiyasının Məclis sədri Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub. “Yeni Sabah”ın məlumatına görə, A. Hacılı bildirib ki, bu gün xaricə gedərkən hava limanından geri qaytarılıb: “Bu gün Vyanaya səfərim var idi. Bu şəhərdə Azərbaycanın iqtidar, müxalifət nümayəndələrinin, Milli Məclis üzvlərinin iştirakı ilə əvvəllər də keçirilmiş, Cənubi Qafqaz regionuna dair məsələlərin müzakirə olunacağı tədbirə dəvət almışdım. Yenə həmin şəhərdə iyul ayının 3-4 də keçiriləcək Müsavat Partiyasının üzv olduğu ALDE nin növbəti Konqresində iştirak edəcəkdim. Hava limanının sərhəd xidməti mənə heç bir əlavə məlumat vermədən ölkədən çıxışıma qadağa qoyulduğunu bildirdi. Qadağanın hansı qurum tərəfindən, hansı səbəbə görə qoyulduğunu araşdırmaq cəhdlərim nəticəsiz qaldı”. Geri qayıt |