Əsas Səhifə > Güney Press > İran razılıq verib...

İran razılıq verib...


Bu gün, 07:00

ABŞ vitse-prezidenti Cey Di Vens İsveçrədəki danışıqlarda 60 gün ərzində yekun sülh müqaviləsi imzalamaq üçün böyük irəliləyiş olduğunu deyib.
"DİA-AZ" bildirir ki, onun sözlərinə görə, razılaşmanın əsas şərtləri Hörmüz boğazından təhlükəsiz keçid, Livanda döyüşlərin dayandırılması və İranın nüvə müfəttişlərini ölkəyə buraxmasıdır.
Vens vurğulayıb ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) müfəttişlərini ölkəyə buraxmağa razılıq verib: "İranlılar AEBA müfəttişlərini yenidən ölkəyə dəvət etməyə razılaşdılar. Bu, İranda tam nüvəsizləşdirməyə və ya nüvə proqramının dayandırılmasına doğru atılan ilk addımdır. Bu, məhz bizim istədiyimiz, məhz xahiş etdiyimiz şeydir".

Geri qayıt