Əsas Səhifə > Güney Press > Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir

Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir


Bu gün, 16:55

Bakı Avrasiya Universiteti təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrildiyini elan edib.

Banker.az bunu Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Buna qədər universitet kommersiya təşkilatı kimi qeydiyyatda idi.

Xatırladaq ki, Bakı Avrasiya Universiteti 1992-ci il aprelin 30-da professor Nazim Hüseynli tərəfindən Ali Diplomatiya Kolleci adı ilə təsis olunub.

Təhsil müəssisəsi sonrakı illərdə müxtəlif adlarla fəaliyyət göstərib, 2006-cı ildən isə Bakı Avrasiya Universiteti adını daşıyır. Universitet bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı həyata keçirən özəl ali təhsil müəssisələrindən biridir.

Universitetin rəsmi məlumatlarına görə, təhsil ocağı humanitar, filologiya, iqtisadiyyat, beynəlxalq münasibətlər və digər istiqamətlər üzrə mütəxəssis hazırlığı aparır.


Geri qayıt