Əsas Səhifə > Güney Press > Məşhur meyvə-tərəvəz istehsalçısının borcu

Məşhur meyvə-tərəvəz istehsalçısının borcu


Bu gün, 15:28

Azərbaycanda təzə meyvə və tərəvəzlərin istehsalı və ixracatı sahəsində ixtisaslaşmış “Bestprod” MMC-nin (VÖEN – 7702438471) dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki ki, “Bestprod” MMC-nin 22 iyun 2026-cı il tarixinə olan vergi borcu 1 milyon 73 min 435 manat 65 qəpik təşkil edib.
Məlumat üçün bildirək ki, 2020-ci ildə VÖEN alan “Bestprod” MMC-nin nizamnamə kapitalı 100 manatdır. Hüquqi ünvanı Xaçmaz rayonu, Üçgünqışlaq kəndində yerləşən MMC-nin qanuni təmsilçisi Babayev Xəlil Əlimusa oğludur.


Geri qayıt