Əsas Səhifə > Güney Press / Ana xəbər > DYPBİ və BDYPİ-də ciddi kadr dəyişikliyi qaçılmazdır

DYPBİ və BDYPİ-də ciddi kadr dəyişikliyi qaçılmazdır


25-06-2014, 15:22
DYPBİ və BDYPİ-də ciddi kadr dəyişikliyi qaçılmazdır
Son günlər yol polislərinin sürücülərə qarşı olan məlum münasibəti bir qədər də aqressivləşib. Bakı şəhərində fəaliyyət gəstərən və şəxsən BDYPİ-nin rəisi Nüşirəvan Səfərovun nəzarətində olan bu xidmətdən edilən ardıcıl şikayətlər, qanunsuz evakuasiya, cərimələrin çeksiz verilməsi və diğər hallar artıq mətbuatın gündəmindən düşmür.

Bu o deməkdir ki, artıq problemlər pik və dözülməz həddə çatıb. Ən qəribəsi də odur ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu sadələşdikcə problemlər daha da çoxalır.

Deməli, qanun sadələşdikcə yol polislərinin əlindəki əvvəlki imkanlar, rüşvətalma halı azalır. Nəticədə, onlar pulu başqa yollarla qazanmaq üçün müxtəlif vasitələrə əl atırlar ki, bu da qanunların pozulması və şikayətlərin artmasına səbəb olur. Dəfələrlə bildirilib ki, DYP əməkdəşlarının ağac dalında, kol dibində gizlin radar qurması qanunlara ziddir. Amma çi fayda, rayonlarda yene belə hallar baş verir və günü-gündən artır.

Bizimxeber.az-a daxil olan məlumatlara görə, Azərbaycanda Yol Polislərindən edilən şikayətlərin sayı hesabı yoxdur. Hər gün yüzlərlə sürüçü yol polisinin qanunsuz hədəfinə və şikayətçisinə çevirilir. Elə isə, qanunlarla idarə olunan bir ölkdə bu məlum problemin həlli üçün niyə ciddi, əməli və konkret tədbirlərə əl atılmır? Bu problemlərin yaranmasının səbəbi və günahkarı kimdir?

Daha bir ciddi maraqlı məqam…

Gün ərzində, paytaxtda və respublika ərazisində yüzlərlə cərimə protokolları yazılır. Bu protokolları aya vursaq 10 mindən artıq edir. Cərimələr 20 manatdan 50 min manat arasında dəyişir. Hələ cərimələrə gələn dəbbə pullarını (burada kifayət qədər gizlinlər var ki, bu barədə geniş araşdırma yazı dərc edəcəyik) demirik.

Əcəba, bu cərimələr hara gedir? Onların hesabatını necə aparırlar? Nədən bu günə kimi, Dövlət Yol Polisi Baş İdarəsinin rəisi Ramiz Zeynalov və ya Bakı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi Nuşirəvan Səfərov bir dəfə olsun çıxıb hesabat verməyib?

Niyə bir il ərzində nə qədər protokol yazıldığını, yığılan cərimələrin nə qədər olduğunu və ya hara xərcləndiyini açıqlamırlar? Hər bir rəsmi qurum ilin sonunda hesabat verdiyi kimi, Ramiz Zeynalov da qanunlara hörmət edib bu hesabatı verməılidir. Hesabatlar olur, amma cərimələrdən yığılan pulların sayı yox, qəzalar və cərimələrin sayı açıqlanır. Bəs cərimələrdən yığılan pulların sayını kim açıqlayacaq?

nushirevanBizimxeber.az-a daxil olan məlumata görə, yuxarıların da məlum problemlərdən xəbəri var və bu barədə ciddi ölçülər götürüləcək. Yəqin ki, son günlər baş verənlər, yol polisinin sürücülərlə məlum aqressiv və qanunsuz davranışlarına kard dəyişikliyi ilə aydınlıq gətiriləcək.

Ehtimal ki, Ramiz Zeynalov görəvdən alınaraq yerinə hazırda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini işləyən, polis general-mayoru Həsən Şirinov təyin olunacaq. Nuşirəvan Səfərovun da vəzifədən uzaqlaçdırlması realdır. Bir neçə gün əvvəl onun müavinin görəvdən alınması ciddi siqnal hesab olunur. Bu günə kimi, mətbuat qarşısına çıxmayan, problemlərin dərhal həlli üçün ciddi tapşırıqlar və tələblərlə yadda qalmayan Nuşirəvan Səfərovun yerinə kimin gətiriləcəyi ilə bağlı heç bir məlumat verilmir.

Hər halda, ölkə prezidenti cənab İlham Əliyev də, Daxili İşlər naziri Ramil Usubovda bu günə kimi vətəndaşlarla normal və qanunlar çərçivəsində rəftar edilməsinin vacibliyini bildiriblər. Üstəlik nəzərə alsaq ki, yol polisləri daima vətəndaşlarla ünsiyyətdə olan bir sistemin işçiləridir, o zaman ciddi problemlər yaradan, insanları dövlətdən və qanunlardan narazı salan hallar aradan qaldırlacaq. Bu qaçılmazdır.

Geri qayıt