Əsas Səhifə > Güney Press > “Tacirə əsəbləşirəm, çox eqoist adamdır,
“Tacirə əsəbləşirəm, çox eqoist adamdır,Bu gün, 12:16 |
|
“İşdən məni pensiyaya çıxmağa buraxmırdılar. Zorla çıxdım. İcra Hakimiyyətindən də, nazirlikdən də bildilər. Dedim ki, yorulmuşam, artıq işləmək istəmirəm. 50 ilə yaxın “Qarabağ bülbülləri” ansamblının yaradıcısı və bədii rəhbəri işləmişəm. Daha bəsimdir. Xırdalanda yaşayıram. Yenə də istedadlı uşaqlarımız çoxdur. İki dəfə “Maarif xadimi”, həm də “Fəxri müəllim”, “Ustad sənətkar” adına layiq görülmüşəm. Ansambıl dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman alıb, 12 sənədli və bədii filmdə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülüb. Haqqımızda kitablar yazılıb. Brejnev ayaq üstə 5 dəqiqə bizə əl çalıb. Mahnılarımı Mirzə Babayev, Oqtay Ağayev, Flora Kərimova, Teymur Əmrah, Zöhrə Abdullayeva, Elnur Zeynalov və s. müğənnilər ifa edib. Mən bu sənət üçün çox iş görmüşəm. Oğlum rəhmətə gedəndən sonra ansamblın fəaliyyətini dayandırdım. Habil Məmmədov adlı bir tələbəm var. Mənim yanımda böyüyüb. İndi özü tələbələr yetişdirir, dünyanı gəzirlər. Baxıram, fəxr edirəm. Nə lazımdırsa zəng edib, məsləhətlər də alır”.
Bunu Moderator.az-a açıqlamasında “Qarabağ bülbülləri” ansamblının yaradıcısı və bədii rəhbəri Murad Rzayev deyib.
O daha sonra əlavə edib:
“Mənim yazdığım “Bayatı-Şiraz”-a məşhur ifaçılardan başqa 50 nəfər də müraciət edib. Hamısının da adı məndədir. Əməkdar artist Elnur Zeynalov bu əsəri hamıdan yaxşı oxuyub. Kənan Bayramlı bir tək bu ifa ilə tanındı da. Başqa nə oxuyub ki? Amma bilmirlər ki, bu əsərin müəllifi Murad Rzayevdir. Məndən faktlar var. Tacirdən ümumiyyətlə danışmaq istəmirəm. Onun adını çəkəndə əsəbləşirəm. Eqoist adamdır. Onlar Ağdamda çıraqla otururdular, heç işıqları da yox idi. Gəldi Bakıda 1 milyona ev aldı. Bu yaxınlarda başqa faktlar da üzə çıxaracam. O xalqı aldadır, utanmır?! Mən xəstə olmuşam. Tacir elə bilib ki, mən artıq öləcəm. Həmin verilişdə də “Bayatı-Şiraz”-ı oxuyub. Oxuyub qurtarandan sonra deyib ki, bu ifanı özü yazıb. Əlbəttə ki, bu ağ yalandır. Murad Rzayev hələ yaşayır. Birazdan dünyada olmayanda məni çıraqla axtaracaqlar. “Qarabağ bülbülləri” qrupundan İzahat Cəfərov dünyasını dəyişdi. Onun xətrini bir başqa çox istəyirdim. Nazim Zeynalov, İlhamiz Paşayev məni axtarırlar, tez-tez məni gəlib görürlər. Axtaran da sağ olsun, axtarmayan da”.
Qeyd edək ki, Murad Rzayev bir çox xanəndələrin müəllimidir. Onun ansamblında fəaliyyət göstərən sənətkarların əksəriyyəti əməkdar və xalq artistləridir.
Geri qayıt |