Əsas Səhifə > Güney Press / Ana xəbər > Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi
Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdiBu gün, 11:53 |
|
Azərbaycanda toyuq yumurtasının qiymətində kəskin ucuzlaşma qeydə alınıb. Bu kəskin qiymət enişindən sonra paytaxtın ticarət şəbəkələrində məhsulun tapılmasında çətinliklər yaranıb. Modern.az xəbər verir ki, son günlərə qədər mağazalarda 1 ədədi 9-17 qəpiyə təklif edilən yumurtanın qiyməti bəzi marketlərdə 3-4 qəpiyə qədər ucuzlaşıb. Hətta rəqabət fonunda qiyməti kəskin şəkildə endirərək yumurtanın 1 ədədini cəmi 1 qəpiyə satan marketlər də var.
Qeyd edək ki, qiymətlərin kəskin şəkildə aşağı düşməsi daha çox mövsümi xarakter daşıyır. Belə ki, yay aylarında isti hava şəraiti ilə əlaqədar olaraq yumurta istehlakı xeyli azalır. Bunun əksinə, sözügedən dövrdə yerli təsərrüfatlarda yumurta istehsalının həcmi pik həddə çatır. Eyni zamanda, daxili bazarda qiymətlərin bu dərəcədə ucuzlaşmasında son zamanlar yumurta ixracının azalmasının da ciddi rol oynadığı istisna edilmir. Geri qayıt |