Əsas Səhifə > Güney Press > Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur

Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur


Bu gün, 10:56

Bakı şəhərinin Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında xaos hökm sürür.

Bu barədə Oxu.Az-ın xəstəxanada müayinə üçün müraciət edən əməkdaşı məlumat verib.

Onun sözlərinə görə, tibb müəssisəsində onlayn növbə sisteminin olmaması və ya düzgün tətbiq edilməməsi, həmçinin personal arasında koordinasiyanın olmaması ciddi narazılıqlara səbəb olur:

"Növbə sistemi yox kimidir. Məhz bu problemə görə vətəndaşlar arasında mübahisələr yaranır. İnsanlar bir-birini növbəni pozmaqda günahlandırır, qışqırırlar. Uşaqlar narahat olur, ağlayırlar. Onlayn sistemin olmaması ədalətli müayinə mühiti formalaşdırmağa imkan vermir. Səhər tezdən gələn pasiyentlə sonradan gələn şəxsi ayırd etmək mümkün olmur. Yaranan xaosun əsas səbəbi növbə prosesinin düzgün təşkil edilməməsi ilə bağlıdır".


Geri qayıt