Əsas Səhifə > Güney Press > Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq

Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq


Bu gün, 07:05

İsveçrənin Bürgenştok şəhərində keçirilən danışıqlar zamanı Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin edəcək xüsusi mexanizmin yaradılması barədə qərar qəbul olunub.

"Tasnim" agentliyi xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.


“Gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edən mexanizmin yaradılması qərara alınıb”, - deyə diplomat vurğulayıb.

Bəqayi qeyd edib ki, Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasını yekun sazişin hazırlanmasından əvvəl əsas şərt hesab edir.

Onun sözlərinə görə, İran nümayəndə heyəti tərəflərin üzərinə götürdüyü öhdəliklərə, xüsusilə də İsrail tərəfindən atəşkəsin qorunmasına ciddi əməl olunmasını tələb edir.


Geri qayıt