Əsas Səhifə > Güney Press > Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edirBu gün, 07:02 |
|
Qərbin bahalı raketlərə və qırıcı təyyarələrə əsaslanan hava hücumundan müdafiəyə ənənəvi yanaşması artıq ucuz dronların kütləvi hücumları dövründə keçərli deyil. Axar.az xəbər verir ki, bu barədə Avropa Müttəfiq Qüvvələrinin ali komandanının müavini Con Stringer “Biznes İnsayder”ə verdiyi müsahibədə bildirib. O, yeni hava təhdidlərinin sürətlə ortaya çıxmasının müdafiəyə dair mövcud yanaşmaları şübhə altına aldığını vurğulayıb: "Arxayın oturub, yalnız hadisələrə reaksiya verə biləcəyinizi və sürətli qırıcılar və bəzi zenit raketləri kimi ənənəvi vasitələrdən istifadə edərək hər bir yaxınlaşan təhlükəyə qarşı dura biləcəyinizi düşünürsünüzsə, artıq o günlər geridə qalıb. Ukrayna və Yaxın Şərqdəki müharibələr göstərir ki, gələcək münaqişələr Qərb ordularının öyrəşdiyindən əhəmiyyətli dərəcədə fərqlənə bilər”. Stringerə görə, NATO təkcə böyük hərbi güclərlə deyil, həm də hava hücumundan müdafiə sistemlərini həddindən artıq yükləməyə qadir ucuz dronların kütləvi hücumu ilə qarşılaşa bilər. Geri qayıt |