Əsas Səhifə > Güney Press > ABŞ-İran danışıqları yenidən başlaya bilər?
ABŞ-İran danışıqları yenidən başlaya bilər?Bu gün, 13:30 |
|
ABŞ-İran danışıqlar prosesi yenidən dalana dirənib. Belə ki, İsveçrənin Bürgenştok şəhərində iyunun 19-na planlaşdırılan ABŞ-İran danışıqları baş tutmayıb. CNN telekanalı məlumat verir ki, İran İsveçrədə ABŞ ilə danışıqları bərpa etmək üçün şərt kimi Livan ərazisində hərbi əməliyyatların dayandırılmasına dair zəmanət verilməsini tələb edib. Tehranın bu mövqeyində qəti olduğu bildirilir. Bildirilir ki, hazırda vasitəçilər bu məsələnin həlli üzərində işləyirlər. Qeyd olunub ki, planlaşdırılan danışıqlar İsrailin Livana endirdiyi zərbələrdən sonra müvəqqəti təxirə salınıb, lakin vasitəçilərin gözləntilərinə əsasən, prosesin nə vaxt bərpa oluna biləcəyi dəqiqləşdirilməyib. Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, İsveçrədə öncədən planlaşdırılan görüş baş tutmasa da, yaxın zamanda ABŞ-İran danışıqlar prosesi davam edəcək:
Trampın indiki mərhələdə məqsədi Hörmüz boğazının açılması ilə neftin qiymətinin aşağı düşməsinə nail olmaqdır. Buna da nail olub. Dünya enrji bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Neftin ucuzlaşması ABŞ-da neft məhsullarının qiymətinin də ucuzlaşmasına səbəb olur ki, bu da seçicinin əhval-ruhiyyəsinə müsbət təsir edir. Digər tərəfdən respublikaçıların elektoratının yarısını təşkil edən “MAGA” tərəfdarları müharibənin əleyhinədirlər. Onların seçkiləri passiv baykot etməsi aralıq seçkilərində respublikaçıların ağır məğlubiyyəti ilə bitə bilər. Buna görə də Tramp bütün gücü çalışacaq ki, aralıq seçkilərə, yəni 3 noyabra qədər hərbi əməliyyatlar başlamasın”. X.Cəfərli əlavə edib ki, İran da müharibədə maraqlı deyil: “İranda da bunu yaxşı bilirlər və bu vəziyyətdən maksimum istifadə etməyə çalışırlar. Digər tərəfdən İran proksi qüvvələrinin etimadını itirmək istəmir və buna görə İsraillin Livanda “Hizbullah” yaraqlılarına qarşı əməliyyatının dayandırılmasına çalışır. Ancaq bunu elə etməyə çalışır ki, hərbi əməliyyatlar başlamasın. Vasitəçilər də bilir ki, hərbi əməliyyatlar bərpa olunsa, bu dəfə İran ölümcül zərbə ilə üzləşəcək. Bu isə əsas vasitəçi olan Pakistanı qorxudur. İranın parçalanması və Bəlucistan vilayətinin ayrılması Pakistan üçün kabus olar. Ondan sonra Pakistanın ərazsinin 44 faizini təşkil edən bəluc əyalətində stabilliyi bərpa etmək olmaz. Yəni danışıqlar prosesində iştirak edən tərəflərin heç biri hərbi əməliyyatların başlanmasında maraqlı deyil”. Ekspert vurğulayıb ki, ABŞ ilə İran arasında hərbi əməliyyatların bərpa olunmasında maraqlı qüvvələr var: “Respublikaçıların önəmli simaları və bəzi senatorlar hərbi əməliyyatların başlaması üçün Trampa təzyiq göstərirlər. Onlar bəyan edirlər ki, hərbçilərə başladıqları işi axıra çatdırmaq imkanı verilməlidir. Bütün bunlar ABŞ-İran danışıqlarının görüntü xatirinə ola da, davam edəcəyinindən xəbər verir”. Geri qayıt |