Əsas Səhifə > Güney Press > Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb


Bu gün, 10:57

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,89 ABŞ dolları və ya 3,61 % artaraq 82,95 ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadiyyat.az-a neft bazarındakı mənbə məlumat verib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.


Geri qayıt