Əsas Səhifə > Güney Press > Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var

Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var


Bu gün, 08:18

Azərbaycanda uşaq oyuncaqlarının satışı ilə məşğul olan məşhur "SUPERTOYS" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə milyonlarla manat vergi borcu olduğu məlum olub.

32gun.az-ın əldə etdiyi məlumata görə, nizamnamə kapitalı cəmi 10 AZN olan şirkətin hazırda dövlətə tam olaraq 3 199 000.75 AZN vergi borcu yığılıb.

Qanuni təmsilçisi Xəqani Cəfərov Vədud oğlu olan MMC, rəsmi sənədlərə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Sədərək" Ticarət Mərkəzi (Şirniyyat 1-ci sıra, Saat dairəsinin qarşısı, mağaza 1) ünvanında qeydiyyatdadır.


Geri qayıt