Əsas Səhifə > Güney Press / Ana xəbər > Əhməd Əhmədzadənin Qaxdakı adamı da meydan sulayır
Əhməd Əhmədzadənin Qaxdakı adamı da meydan sulayır25-06-2014, 13:29 |
|
Qax Suvarma Sistemləri İdarəsinin müdiri Soltan Camalov dövlətdən mənimsədiyi yüz min manatlar hesabına özünə böyük sərvət toplayıb və artıq özünü qeyri-rəsmi milyoner kimi təqdim etməkdən belə çəkinmir. Azərbaycanda korrupsiya və dövlət vəsaitini mənimsəmə halları artıq o səviyyəyə çatıb ki, rayonlarda idarə müdirləri belə dövlət vəsaitlərini mənimsəmələri hesabına özlərini milyoner adlandırırlar. Diqqətə alınmalıdır ki, bu gün Azərbaycan kəndlərində əhali çox ağır sosial şəraitdə yaşamaqdarlar. Kənd əhalisinin böyük hissəsi Bakıda tikintilərdə və Qaradağda daş karxanalarında günəmuzd olaraq çalışırlar. Yəni faktiki olaraq bu insanların heç bir sossial təminatları və sabaha olan güvəncləri yoxdur. Bunun müqabilində isə rayonlarda bir ovuc məmur sürətlə varlanır… Tia.az– a daxil olan məlumata görə Qax rayonun qeyri rəsmi məmur milyonerlərinin başında Qax Suvarma Sistemləri İdarəsinin müdiri Soltan Camalov gəlir. Bildirilir ki, o, artıq yaxın ətrafının yanında milyoner olduğunu belə gizlətmir və Qaxda çoxları Soltan Camalovu elə belə də qəbul edir. Qeyd olunur ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin inandığı bu mini oliqarx hər il dövlətin yüz minlərlə manat vəsaitini mənimsəyərək öz şəxsi biznesini, var dövlətini çiçəkləndirir. Bunun üçünsə o hər vasitə ilə . Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin və Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin işinə yaramağa çalışır. Qaxın yeganə su idarəsi olan Suvarma Sistemləri İdarəsinin 300-ə yaxın işçisis, çoxlu sayda texnikası var və bu idarənin üzərinə Qaxda doğurdan çox iş düşür. Amma idarə müdiri Soltan Camalov işçilərinə qarşı kobud davranmaqla yanaşı, həmçinin böyük maliyyə maxinasiyları həyata keçirərək hər il dövlətin yüzmin manatlarla vəsaitini mənimsəyin. Xaçmazın su və melorasiya ilə bağlı problemləri isə həll olunmamış qalır. Həll olunması isə imkansızıdr. Çünki idarə müdiri hər yerdə kosmetik və dekorativ işlər görərək ayrılan vəvəsaitlərin 70-80 faizini mənimsəyir. Verilən məlumatda göstərilir ki, Əhməd Əhmədzadəyə və icra başçısı Musa Şəkiliyevə “yaxşı qulluq” etdiyindən idarə müdirinə gözün üstündə qaşın var deyən yoxdur. İdarə müdirinin maliyyə maxinasiyaları və dövlətdən mənimsədiyi yüz min manatlarla vəsaitlər isə dövlətin və Qaxın inkişafına deyil, məhz Soltan Camalovun qanunsuz biznesinin həyat şəraitinin çiçəklənməsinə sərf olunur. Daxil olan məlumatda bildirilir ki, son 2 ildə Qax Soltan Camalov idarəsinə 2 milyon manata yaxın vəsait ayrılıb. Ayrılan vəsaitlər maşın avadanlıqlarının, tikinti materiallarının alınmasına və müxtəlif işlərin görülməsi adı altında xərclənib. Əslində ortada nə alınan, nə də görülən dəyərli heç nə yoxdur. Qax sakinlərinin kənd təəsrrüfatında istifadə etdiyi və həyətyanı sahələrində istifadə etdikləri suyun pulunuda məhz Soltan Camalov yığır. İdarə müdirinin adamları heç bir sənəd, qəbz vermədən bütün Xaçmaz sakinlərindən il boyu pul yığmaqla məşğul olur.İl ərzində su pulu yığımından Suvarma Sistemləri idarəsinin büdcəsinə yarım milyon manata yaxın qazanc daxil olduğu bildirilir. Belə ki, əkin sahələrinin suvarılması üçün 1 ha sahəyə görə hər dəfə suvarılma üçün 8 manat, həyətyanı sahələr üçünsə ayda 4 manat vəsait yığılır. Qax rayonunda ümumilikdə 50 min hektara yaxın əkilən sahələr olduğuda bildirilir. Həmin vəsaitin böyük hissəsi sənədləşdirilmədən mənimsənilir, ancaq cüzi bir hissəsi isə gözdən pərdə asmaq naminə idarəninin büdcəsinə köçürülür. Bildirilir ki, Soltan Camalov hər il yüz min manatlarla vəsaiti kanallarda, çay yataqlarında, artezan quyularında və müxtəlif yerlərdə cari təmir işlərinin görülməsi adı altında silərək mənimsəyir. Artezan quyularının və bəzi kanalların cari təmiri istifadəçi sakinlərin pulu ilə həyata keçirilir. Verilən məlumatda o da qeyd olunur k, mini oliqarx Soltan Camalov Qaxda bir neçə obyekti, Balakəndə, qonşu Zaqatala rayonunda dəbdəbəli imarətlərii, Bakı şəhərində 4 mənzili və qiyməti 60 mindən başlayan bir neçə xarici aftomobili Bakının gur yerlərində bir neçə bizneç strukturu var. Bu hələ idarə müdirin bilinən mal varlığıdır. Yəni aysberqin görünən üzüdür. Əslində Soltan Camalovun mal varlığının bilindiyindən qat-qat artıq olduğu bildirilir. Həmçinin idarə müdirinin tam bir oliqax kimi hər il xarici ölkələrə müalicə adı ilə aylarla istirahətə getdiyi də qeyd olunur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |