Əsas Səhifə > Güney Press > Xalq artistinə qarşı HAQSIZLIQ

Xalq artistinə qarşı HAQSIZLIQ


Bu gün, 16:38

“Mənə qarşı haqsızlıq olundu, bunu onlara bağışlamıram”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Xalq artisti Tariyel Qasımov deyib.

Aktyor aldadılaraq illərlə çalışdığı teatrdan kənarlaşdırıldığını bildirib:

“Mən çox xoşbəxt aktyoram, çünki təkcə arzuladığım deyil, hətta heç arzulamadığım rolları da veriblər, hamısını oynamışam. O barədə heç bir şikayətim yoxdur. Amma çox təəssüf edirəm ki, məni ömrümü həsr etdiyim doğma teatrımdan uzaqlaşdırıblar. Məni digər həmkarımla bərabər teatra çağırıblar. Deyiblər, təqaüd yaşına görə teatrdan bir neçə aktyor ərizə yazıb işdən getməlisiniz. Mən də ərizə yazdım, işdən çıxdım. Amma sonradan məlum oldu ki, digər həmkarım ərizə yazmayıbmış, teatrda fəaliyyətini davam etdirir. Buna görə çox peşmanam. Mənə qarşı haqsızlıq olundu, bunu onlara bağışlamıram”.


Geri qayıt