Əsas Səhifə > Güney Press / Ana xəbər > Heydər Əliyevə sui-qəsddə ittiham edilən Türkiyə vətəndaşı həbs olundu
Heydər Əliyevə sui-qəsddə ittiham edilən Türkiyə vətəndaşı həbs olundu25-06-2014, 13:23 |
|
Azərbaycanda 1993-cü ildə yeni prezident seçilən Heydər Əliyevə sui-qəsd ittihamı ilə həbs olunan Türkiyə vətəndaşı Həsən Toku bir neçə gün öncə, öz ölkəsində yenidən saxlanılıb. Avropa.info-nun əldə etdiyi məlumata görə , Həsən Toku ona edilən qadağaya baxmayaraq, Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə ittiham olunur. Qeyd edək ki, 44 yaşlı Həsən Toku 1993-cü ildə mərhum prezident Heydər Əliyevə sui-qəsd etmə çəhdi ilə həbs olunmuşdu. 1994-cü ildə Azərbaycan məhkəmələri Həsən Tokuya 10 il həbs çəzası verilməsi ilə bağlı hökm oxuyub. 2002-ci ildə Heydər Əliyev tərəfindən imzalanan əfv fərmanı ilə azadlığa buraxılıb. Türkiyəyə qayıdan Həsən Tokuya öz ölkəsində qanunvericiliyə uyğun olaraq yenidən cinayət işi açılıb. Bakırköy 5-ci Ağır Cəza Məhkəməsi H.Tokuya xarici ölkənin dövlət başçısına sui-qəsd cəhdində ittiham edərək ömürlük həbs cəzası verib. Ancaq məhkəmə iki il yarımdan sonra qərarını dəyişib. Lakin məhkəmə prosesi getdiyi zaman Həsən Toku həbsə alınmayıb. Ötən il oktyabrın 30-da keçrilən məhkəmə iclasında H.Tokunun ömürlük həbs cəzası 18 il həbslə əvəz olunub. Bundan sonra cəza 15 ilə endirilib. Məhkəmə müttəhimin bu cinayətdən daha öncə Azərbaycanda azadlıqdan məhrum olunduğu günləri də nəzərə alaraq prosesi bitirib və Həsən Toku haqqındakı cinayət işinə xitam verilib. Lakin məhkəmə ondan bir daha Azərbaycanın daxili işlərinə qarışmaması barədə iltizam alıb. Lakin məlum olub ki, elə məhkəmə prosesinin getdiyi vaxt, yəni ötən ilin iyulun 15-də Həsən Toku Moskvada Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla görüşüb. Məhkəmə prosesi getdiyi vaxtda Həsən Tokunun Türkiyəni tərk edərək, Rusiyaya gedə bilməsi müəmma olaraq qalmaqdadır. Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyovla Rusiya, Türkiyə və Avropada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının toplantısında iştirak edən Həsən Toku , hətta kinorejissorla foto da çəkdirib. Bir neçə gün öncə isə, Həsən Toku İstanbulda yenidən Azərbaycanın daxili işlərinə qarışmaq ittihamı ilə polis tərəfindən saxlanılıb. Mövzuya qayıdacağıq. Geri qayıt |