Əsas Səhifə > Güney Press > Bakıda qadın müştərilərlə tanış olmaq istəyən taksi sürücüləri

Bakıda qadın müştərilərlə tanış olmaq istəyən taksi sürücüləri


Bu gün, 13:32

Bakıda qadın müştərini narahat edən taksi sürücüləri həbs olunub.

Lent.az xəbər verir ki, hadisə Səbail rayonu, “Sahil” metrostansiyası və "Dağüstü park" yaxınlığında qeydə alınıb.

Tərtib olunan inzibati protokola əsasən, 23 yaşlı Abbas Əşrəfov (ad və soyad şərtidir) və 35 yaşlı Murad Qədirov (ad və soyad şərtidir) taksi kimi fəaliyyət göstərdikləri avtomobillərə müştəri qismində əyləşən qadınlarla tanış olmaq istəyiblər. Bu niyyətlə etdikləri söhbətlər zamanı sürücülər qadınları narahat edib və onları avtomobildən düşməyə belə qoymayıb. Nəticədə 1 zərərçəkən “Sahil” metrostansiyanın, başqa bir zərərçəkən qadın isə "Dağüstü park" yaxınlığında avtomobildən qışqıraraq, kömək istəyiblər. Ərazidə xidmətdə olan polis əməkdaşları dərhal müdaxilə edərək, avtomobilləri saxladıblar. Ayrı-ayrı vaxtlarda baş verən hadisələr zamanı hər iki sürücü əvvəlcə polisin qanuni tələbinə məhəl qoymayıb. Lakin onlar saxlanılaraq, polis şöbəsinə aparılıb.

Burada onlarına barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535-ci (polis və ya hərbçinin qanuni tələbinə məhəl qoymamaq) maddələri ilə protokol tərtib olunub.

Məhkəmədə ifadəsi zamanı Abbas Əşrəfov ona yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə hər iki sürücü 15 gün müddətinə inzibati qaydada həbs olunublar.


Geri qayıt