Əsas Səhifə > Güney Press / Partiya > "Mənzərə belədir, indi özünüz bilərsiniz..."
"Mənzərə belədir, indi özünüz bilərsiniz..."Bu gün, 07:29 |
|
"Hörmətli hökumət üzvləri, sayın nazirlər, hər publik çıxışlarınızda ölkəmizdə bizneslə məşğul olaq üçün gözəl şərait yarandığını israrla vurğulayırsınız, inadkarcasına problemləri görmək istəmirsiniz – nəticədə iqtisadi aktivlik olub 0%, gəlirlər azalır, inflyasiya isə artır, makro-iqtisadi göstəricilərdə qonşulardan kəskin şəkildə geri qalırıq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Ölkədə idxal-ixrac əməliyyatlarında inhisarçılıq meyilləri də kəskin artıb – özünüzün elan etdiyiniz rəsmi rəqəmlər bunu göstərir, hətta, rəqəmlər artıq ağı deyib ağlayır, məsələn:
- 2026-cı ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqaisədə Azərbaycanda xarici ticarət iştirakçılarının sayı hüquqi şəxslər üzrə 101 şəxs azalaraq 8 594-ə, fiziki şəxslər üzrə isə 11 574 şəxs azalaraq 17 373 şəxsə düşüb. Təsəvvür edin ki, 1 ildə 11574 fiziki şəxs xarici ticarətdən çıxıb, bezib, işləyə bilməyib.
- Bu ilin ilk 5 ayında ərzaq məhsullarında inflyasiya, qiymət artımı rəsmi rəqəmlərə görə 6,6%-ə yüksəlib. Əgər normal, beynəlxalq praktikada qəbul edilmiş 30-35 adda gündəlik tələbat malları üzrə inflyasiyanı hesablasaq, keçın ilin eyni dövrü ilə müqaisədə ərzaqda qiymət artımı ikirəqəmli, hardasa, 10-15% arası olacaq.
2026-cı ilin yanvar-may aylarında Azərbaycanın ümumi idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 31,6% azalaraq 6 milyard 818,3 milyon dollar təşkil edib. İdxalın azalmasını bahalaşma, inhisarçılıq və vətəndaşın alıcılıq qabiliyyətinin kəskin düşməsi ilə izah etmək olar. Mənzərə belədir, indi özünüz bilərsiniz..."
Geri qayıt |