Əsas Səhifə > Güney Press > Aqrar Universitetin 240 minlik müsabiqəsini 10 manatlıq şirkət uddu

Aqrar Universitetin 240 minlik müsabiqəsini 10 manatlıq şirkət uddu


Bu gün, 07:06

Azərbaycan Dövlət Aqrar Universiteti Publik Hüquqi Şəxsi təhsil müəssisəsində "Cari Təmir" işlərinin aparılması məqsədilə keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.

32gun.az-ın məlumatına görə, tenderin qalibi "EPSİLON" Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında yaxın günlərdə 239 833.13 AZN dəyərində rəsmi müqavilənin bağlanacağı gözlənilir.


Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal, ev 127, m. 108 olan və cəmi 10 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərən şirkətin qanuni təmsilçisi Fatih Yıldızdır.

Qalib şirkətlə bağlı diqqətçəkən əsas məqam isə rəsmi qeydiyyat sənədlərində 16 noyabr 2009-cu il tarixindən qanuni təmsilçinin ata adının "XXX" (Yıldız Fatih XXX) kimi göstərilməsi, yalnız 10 yanvar 2018-ci il tarixindən etibarən isə sistemdə sadəcə "Yıldız Fatih" olaraq dəyişdirilməsidir.


Qeyd edək ki,Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qəzənfər oğlu Qurbanovdur


Geri qayıt