Əsas Səhifə > Güney Press > İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib?

İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib?


Bu gün, 18:10

“Qorxuram, məndən yaxşı ifa edərlər, qalaram onların kölgəsində”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni İlqar Xəyal “İncəSəhər” verilişində deyib.

“Karvan” qrupunun məşhur üzvü “Müğənni oğlunuz Teymurla niyə duet oxumursunuz?” sualını cavablandırarkən belə deyib.

Oğlunun hazırda Rusiyada yaşadığını deyən İlqar Xəyal yarızarafat, yarıgerçək sualdan belə yayınıb:

“Oğlum hazırda Rusiyada yaşayır, orada konsert proqramları və tədbirlərə qatılır. Sözün düzü, bir neçə dəfə mənə təklif edib ki, ata, gəl birlikdə duet ifa edək. Amma mən qəbul etməmişəm. Mən istedadlı gənclərimizi həmişə alqışlayıram, onların sənətini dəyərləndirirəm. Oğlum getsin elə o gənclərlə oxusun. Gənclərin istedadı qarşısında heyran qalıram. Onlarla duet oxumuram, qorxuram, məndən yaxşı ifa edərlər, qalaram onların kölgəsində”.


Geri qayıt