Əsas Səhifə > Güney Press > "Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub

"Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub


Bu gün, 18:08

Hüquq-mühafizə orqanlarına işə düzətlmək adı ilə daha bir dələzduluq cinayəti işi üzrə məhkəmə yekunlaşıb.
Qaynarinfo-nun məlumatına görə, təqsirləndirilən şəxs "Sea Breeze”də mühafizəçi işləyən zərərçəkmişə geniş əlaqələrinin olduğunu bildirərək onu hüquq-mühafizə orqanlarından birində xidmətə qəbul etdirə biləcəyini deyib. Bunun üçün isə 13 min manat tələb edib.
2025-ci ilin may ayında tərəflər Bakı şəhərinin Keşlə qəsəbəsində görüşüblər. Görüş zamanı zərərçəkmiş şəxs atasının iştirakı ilə təqsirləndirilənə 10 min manat verib. Sonuncu isə qalan məbləğin daha sonra lazım olacağını bildirərək işə qəbul məsələsini həll edəcəyinə söz verib.
Bir müddət keçdikdən sonra "Sea Breeze”də çalışan mühafizəçi aldadıldığını anlayıb və verdiyi pulun geri qaytarılmasını tələb edib. Təqsirləndirilən şəxs sonradan pulun bir hissəsini qaytarsa da, qalan məbləği də cinayət işi məhkəməyə göndərilənədək ödəyib.
Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilib və aldığı pulu şəxsi ehtiyaclarına xərclədiyini etiraf edib.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Daha sonra "Konstitusiya və Suverenlik İli" münasibətilə tətbiq edilən amnistiya aktına əsasən təyin olunmuş cəzadan azad olunub.

Geri qayıt