Əsas Səhifə > Güney Press > Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır

Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır


Bu gün, 18:07

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ukraynada müharibənin sonlandırılması üçün Kremllə gizli kontakt qurmağa çalışır.

Bu barədə Bloombergməlumat yayıb.

Məlumata görə, Koştanın müşaviri artıq iki dəfə Rusiya Prezidenti Vladimir Putinə yaxın rəsmilərdən biri ilə təmasda olub.

Bu təmasların məqsədinin Ukrayna ilə bağlı gələcəkdə baş tuta biləcək danışıqlar üçün zəmin yaratmaq olduğu bildirilib.

Koştanın ofisi və Kreml “Bloomberg“in sorğusuna cavab verməkdən imtina edib.


Geri qayıt