Əsas Səhifə > Güney Press > BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub
BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olubBu gün, 13:03 |
|
Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Elmir Hacızadə ABŞ və Avropanın nüfuzlu 10 universitetindən qəbul alıb. "DİA-AZ" xəbər verir ki, BANM tələbəsinin qəbul aldığı universitetlər aşağıdakılardır:
Elmir Hacızadə tələbəlik müddətində bir çox uğurlar qazanıb: bp və "Prosol" şirkətlərinin təşkil etdiyi Kibertəhlükəsizlik təqaüdünə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Technest” təqaüdünə layiq görülüb. Beynəlxalq Astronavtika Konqresində kiberinsidentlərin idarə olunması mövzusunda elmi iş təqdim etmək üçün dəvət alıb. TEKNOFEST 2025 yarışmasında kapitanı olduğu komanda “Ən yaxşı təqdimat mükafatı”nı qazanıb. "Huawei Seeds for the Future" proqramında Azərbaycanı təmsil edib və kapitanı olduğu komanda “Ən aktiv komanda” mükafatına layiq görülüb. Almaniyanın Münhen şəhərində keçirilən Beynəlxalq gənclər görüşündə ölkəmizi təmsil edib və “Mannheimer” təqaüdünün dünyada yeganə qalibi seçilib. MIT Siyasət Hakatonunda iştirak edərək uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə yönəlmiş kiber siyasət həlləri təqdim edib. Oksford Universitetinin “Hökumətdə süni intellekt və rəqəmsal transformasiya” sertifikatını əldə edib. "Google” tərəfindən seçilərək BANM-də "Google Developer Student Club"un təsisçilərindən biri olub. Elmir kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərir və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində təcrübə keçib. Hazırda "Cyber On" şirkətində kibertəhlükəsizlik üzrə mütəxəssis kimi çalışır. Geri qayıt |