Əsas Səhifə > Güney Press > ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endiribBu gün, 06:21 |
|
ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotik vasitələrin daşınması üçün istifadə edilən gəmiyə zərbə endirib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində məlumat yayıb. Məlumata görə, hücum nəticəsində bir narkotacir öldürülüb. "SOUTHCOM komandanı general Frensis Donovanın göstərişi ilə "Cənub nizəsi" birləşmiş əməliyyat qrupu iyunun 16-da gəmiyə zərbə endirib. Kəşfiyyat məlumatları təsdiqləyib ki, o, Sakit okeanın şərq hissəsində narkotik vasitələrin məlum qaçaqmalçılıq marşrutları ilə hərəkət edirdi və narkotrafik həyata keçirmək üçün istifadə olunurdu", - məlumatda bildirilib. "Əməliyyat zamanı ABŞ hərbi qulluqçularından heç kim xəsarət almayıb", - SOUTHCOM-dan dəqiqləşdirilib. Geri qayıt |